7C-“Uşaq hüquqları aylığı”

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən 20 oktyabr-20 noyabr 2022-ci il tarixində “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşvik edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. Məktəbimizin direktorunun şagirdlərə olan həssas münasibətindən və bütün müəllimlərin şagirdlərə qarşı həddindən artıq qorumacı yanaşmalarından qaynaqlanaraq bu mövzu üzərində ətraflı müzakirələr aparıldı. Bir neçə sinif rəhbəri mövzunun dərinliyindən istifadə edərək siniflərində şagirdlərlə birlikdə çıxışlar, videotəqdimatlar, slaydlar hazırlayaraq təqdim etdilər. Uşaq hüquqları aylığı çərçivəsində digər siniflərdə də tədbirlər, açıq dərslər davam etdiriləckdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi