Voleybol turniri

Zəfər günü ilə əlaqədar müəllimlər arası həvəsləndirici voleybol turniri keçirildi. Nəsimi rayonu üzrə təşkil olunmuş turnirdə məktəbimiz 44 nömrəli məktəblə qarşı-qarşıya gəldi. 14 nömrəli məktəbdə keçirilən yarışda 2:0 hesabı qarşı komandanı məğlub etdik. Növbəti oyunlarda məktəbimizin voleybol komandasına uğurlar arzulayırıq.