Dövlət Bayrağı Günü

Azərbaycan respublikasının rəsmi simvollarından biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Hər il 9 noyabr tarixini xüsusilə qeyd edən şagirdlər bu il də ənənəyə sadiq qalaraq bayraq gününə hazırlaşmışdılar. 5C sinfi rus dili və ədəbiyyat müəllimləri Ədilə Xammetova və sinif rəhbərləri Natavan Tahirova ilə birlikdə bayraq gününə həsr olunmuş açıq dərs-tədbir təşkil etdilər. Hər bir şagird öz potensialına uyğun olaraq bayraq rəsmi çəkmişdi. Məqalələr və çıxışlar hazırlayan uşaqlar onlarla yanaşı divar qəzetləri də sərgilədilər. Həmçinin şeirlər söyləyib təqdimatlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi