“Zəfər günü”nə aid silsilə tədbirlər davam edir

3 noyabr tarixində məktəbimzin  5A, 6A, 7A siniflərində  "Zəfər günü” adlı tədbir-dərs keçirilmişdir. Azərbaycan dili dərsində  təşkil edilmiş tədbir şəhidlərimizə həsr edilmiş yürüşlə başladı. Sonra uşaqlar Vətənə, torpağa, şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər, təqdimatlar etdilər və səhnəciklər göstərdilər. Azərbaycan dili və ədəbiyyat  müəllimi İradə Ağayeva  "Zəfər günü"nün mahiyyəti, xalqımızın tarixində oynadığı böyük rolu haqqında şagirdlərə  ətraflı məlumat verdi. Tədbir iştirakçıları Böyük Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, ölməz şəhidlərimizə, qəhrəman qazilərimizə və Şanlı Ordumuza  minnətdarlıq bildirdilər. Tədbirin təşkilində musiqi müəllimi Leyla Məmmədova və texnologiya müəllimi Nəzirə Zalova yaxından iştirak etmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi