Müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandanın düzgün siyasəti ilə Azərbaycan 44 günə mümkünsüzü mümkün etdi!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmrinə əsasən məktəbimizdə “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində Anım günü və Zəfər Günü ilə bağlı tədbirlərin təşkili fəaliyyətinin “tədbirlər” hissəsini əsas tutaraq məktəbin 3A sinf rəhbəri Sevda Heydərovanın təşkilatçılığı və şagirdlərin vətənpərvərlik ruhlarının sinxronizasiyası ilə konfrans zalında tədbir keçirildi. Şagirdlərin ruh yüksəklikləri onların tədbirə xüsusi hazırlaşmaqları ilə aydın hiss olunurdu. Dövlət himni səsləndirildikdən və şəhidlərin ruhları 1 dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər şeirlərini söylədi, mahnılar səsləndirdi, çəkdikləri rəsmləri nümayiş etdirdilər. Sinif rəhbəri isə öz növbəsində təsüratlarını, bildiklərini şagirdlərlə paylaşaraq onları daha da marifləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi