Özünü qorumağı öyrən!

19 oktyabr 2022-ci il tarixində "1 nömrali Uşaq-Gənclər Inkişaf Mərkəzi" Publik Hüquqi Səxsi tərəfindən, Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Sərancamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanin hayata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyat Planı" nın icrası ilə baglı Elm və Təhsil Nazirliyinin tədbirlər planına əsasən "Uşaqlarda təhlükəsizlik və sağlam həyat tərzi mədəniyyətinin formalaşması, fiziki inkişafın təbliği, onların zərərli vərdişlərdən qorunması" istiqamətində mərkəzin dərnək üzvləri arasında "Özünü qorumağı öyrən!" estafet yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd uşaqları zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlarda fiziki fəaliyyətə, xüsusən də qrup şəklində fiziki oyunlara marağı artırmaq, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməyə kömək etməkdir. Məktəbimizin 5 şagirdi-Məmmədova Arifə, Həsənli Nilgün, Cabbarlı Cəfər, Hümbətli Dilşad, Nuruzadə Nuray bu yarışda yaxından iştirak edərək, sertifikatlarla təltif olundular. Sertifikatları şagirdlərə məktəbin direktor müavini Lalə Ələkbərova və Uşaq Birliyi Rəhbəri Süsən Məmmədova təqdim etdi. Şagirdlərə uğurlar diləyir, naliyyətlərinin davamını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi