“Zəfər dastanı” adlı respublika şeir və mahnı müsabiqəsi

Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və uşaq gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında Şanlı tariximizə qızıl hərflərlə yazılan 8 noyabr Zəfər Gününə həsr olunmuş “Zəfər dastanı” adlı respublika şeir və mahnı müsabiqəsinin tələblərinə uyğun olaraq iki yaş qrupu üzrə məktəbdaxili müsabiqə təşkil olundu. 1-ci gün 7-14 yaş qrupu üzrə, 2-ci gün isə 15-20 yaş qrupu üzrə müsabiqədə iştirak etmək istəyən şagirdlərin şeir və ifaları dinlənildi. Şeir müsabiqəsinin seçmə turundə məktəbin ədəbiyyat müəllimləri, təşkilatçı direktor müavini və uşaq birliyi rəhbəri münsif kimi iştirak etdilər. Ədəbiyyat müəllimləri şagirdlərə bəzi tövsiyyələr verərək onların nitq və tələffüzdəki yol verdikləri səhvləri düzəltdi,  daha bərkdən və qiraətlə oxumalarına köməklik göstərdilər. Musiqi nömrəsini qərarlaşdırmaq üçün isə məktəbin musiqi müəllimləri yaxından iştirak edərək şagirdlərə səilst tələffüz və düzgün intonasiya ilə oxumaqları üçün yol göstərdilər. Sonda 2 şeir və 2 mahnı nömrəsində qərar verilərək təşkilatçının elektron ünvanına göndərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi