Gələcəyimizi birlikdə düşünək

Məktəbimizin akt zalında yuxarı-8, 9, 10, 11-ci sinif şagirdləri üçün “Gələcəyimizi birlikdə düşünək “ adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikası Baş Polis İdarəsi inspektoru polkovnik-leytenant Kəmalə Ələkbərova, Nəsimi Rayon Polis İdarəsi Yetkinlik yaşına çatmayanlar üzrə insektorlar- Yeganə Zeynalova, Ziba İbrahimova, Azərbaycan Respublikası Uşaq Qaynar Xətt əməkdaşları, məktəbin rəhbər işçiləri iştirak etdilər. Açılışı məktəbin direktoru S.B.Budaqova etdikdən sonra qonaqlar növbə ilə çıxışlar edərək şagirdlərin yeniyetməlik dövrünü ən sağlam şəkildə keçirməkləri, asudə vaxtlarında səmərəli, həvəs göstərdikləri aktivliklərlə məşğul olmaları, əsla kənardan tanımadıqları insanlarla yaxından ünsiyyət qurmamaları, zərərli vərdişlər-siqaret, narkotik vasitələr, qeyri-sağlam həyat tərzi sürməyin fəsadları barədə ətraflı və marifləndirici çıxışlar etdilər. Şagirdləri maraqlandıran sualları cavabladıqdan sonra, şagirdlərin nə zaman köməyə ehtiyacları olduqda bir telefon zəngi və ya sosial şəbəkələrdən mesaj qədər yaxınlarında olduqlarını, təhlükə hiss etdikdə mütləq polis əməkdaşları, uşaq qaynar xətt əməkdaşlarına məlumat vermələrini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi