Beynəlxalq kitab sərgisi

 5-9 oktyabr tarixləri arasında Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə 8-ci Beynəlxalq kitab sərgisi təşkil olunub. Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə məktəblilərlə birlikdə sərgiyə ekskursiya təşkil olundu. Məktəbin 7A sinif şagirdləri sinif rəhbəri Yadigar Yüzbaşıyeva və Uşaq Birliyi Rəhbəri Süsən Məmmədova ilə birlikdə sərgidə yaxından iştirak etdilər. Dahi Xalq yazıçımız Nəriman Həsənzadə ilə görüşərək söhbətləşmək fürsəti qazanan şagirdlər sərgidə iştirak etməkdən xeyli razı idilər. Daha sonra gənc yazar Nicat Hunalp yeni işıq üzü görmüş kitabını imzalayaraq bütün şagirdlərə hədiyyə etdi. Bir neçə nəşriyyat evi də şagirdlərin maraq dairəsini nəzərə alaraq onlara müxtəlif mövzulu kitablar hədiyyə etməklə yanaşı meyvəyə də qonaq etdilər. Şagirdlərin sevincinin hər anı şəkillərdə öz əksini tapıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi