Pedoqoji şura

14 sentyabr tarixində məktəbin akt zalında 2022-2023-cü tədris ilinin 1N-li pedoqoji şura iclası keçirildi. Pedoqoji şura 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Zəngilan, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatları nəticəsində şəhid olan 50 hərbi qulluqçunun ruhunu 1 dəqiqəlik sükutla yad edilərək başlandı. 
İclasda ötən tədris ilində görülən işlər, ibtidai sinif müəllimlərinin sertifikasiyası, DİM imtahan nəticələri, sinif rəhbərlərinin təyini, müəllimlərin dərs yükü və dərs cədvəli, məktəbin iş rejimi müzakirə olundu. Həmçinin məktəbə yeni təyin olunan ibtidai sinif müəllimi Məmmədzadə Dürdanə və biologiya müəllimi Xəlilova Səidə kollektivə təqdim edildi. 
Sonda müvafiq qərarlar qəbul edildi. 
Yeni tədris ilində məktəbin bütün kollektivinə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi