9 Noyabr Bayraq günü və mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Ceyhun Hacıbəyliyə həsr olunmuş dəyirmi masa keçirildi

8 noyabr tarixində 9 Noyabr Bayraq günü və mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Ceyhun Hacıbəyliyə həsr olunmuş dəyirmi masada məktəbin nəzdində fəaliyyət göstərən "Kiçik Akademiya"nın şagirdləri iştirak edirdilər. Dəyirmi masanı giriş sözü ilə Kiçik akademiyanın prezidenti, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva açdı. Tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. İradə Ağayeva milli qürurumuz olan bayrağımız haqqında, mühacirət ədəbiyyatının nümayəndəsi Ceyhun Hacıbəylinin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Daha sonra Kiçik akademiyanın üzvləri olan şagirdlər müəllimin bayraq haqqında verdiyi məlumatlara əsasən hazırladıqları slaydları, elmi məqalələri, bayrama həsr olunmuş rəsmləri nümayiş etdirdi, milli vüqarımız olan bayraq haqqında şeirlər səsləndirdilər. Sonra dəyirmi masa öz işini elmi araşdırmalar əsasında davam etdirdi. Ceyhun Hacıbəyli haqqında şagirdlərin hazırladıqları maraqlı və ətraflı məlumatlar tədbirdə iştirak edən müəllimlər tərəfindən çox böyük rəğbətlə qarşılandı. Tədbirdə tədris işləri üzrə direktor müavini İlyas Məmmədov şagirdlərin elmi işlərini, hazırlıqlarını yüksək qiymətləndirdi. Tədbirdə həmçinin tərbiyə işləri üzrə direktor müavini Validə Sarıyeva, valideyn icmasının sədri Fəridə Abbasova, Azərbaycan dili və ədəbiyyat müəllimi Gülmirə Məmmədova, tarix müəllimi Fatimat Əliyeva da iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi