“Şuşa 270”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamına əsasən “2022-ci il Şuşa ili” elan edilmişdir. Ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət, ədəbiyyat xadimlərinin, görkəmli şəxslərin, eləcə də tarixi günlərin yubileylərinin qeyd edilməsi ənənə halını alıb. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.

Bu gün-13 may tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-121 № li əmrinə əsasasən “Şuşa ili” ilə əlaqədar məktəbimizdə geniş miqyaslı “Şuşa 270” adlı tədbir keçirilmişdir. Tədbirə Nəsimi rayon İcra Hakimiyyətinin müavini Verdiyeva Gülarə və əməkdaşları, 6 nəfər şəhid valideyni, 9 nəfər qazi və məktəbimizin valideynləri iştirak edirdi. Tədbirdə şagirdlər şeirlər söylədi, mahnılar səsləndirdi, Şuşanın mədəniyyətini əks etdirən səhnəciklər və rəqslər nümayiş etdirdilər. Həmçinin şagirdlər tərəfindən hazırlanmış videoroliklər göstərildi, Ulu öndər Heydər Əliyevin torpaqlarımızın azad olunmasını inamla vurğuladığı çıxışı səsləndirildi, prezidentimizin “Xarıbülbül festival”ındakı çıxışı ilə tədbir yekunlaşdırıldı. Sonda Gülarə xanım, məktəbin direktoru Sevinc xanım, şəhid atası çıxışlar edərək şagirdlərə təşəkkürlərini bildirməklə yanaşı, şəhidləri və qaziləri özlərinə qəhrəman seçməyi, onlar kimi vətənə, dövlətə sədaqətli olmağı tövsiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi