Əziz Şuşa, Sən Azadsan!

Azərbaycan Dillər Universitetinin Xarici Dillərin Tədrisi Metodikası kafedrasının müəllimi Tükəz Piriyevanın rəhbərliyi ilə 436-cı qrup tələbələri və 46 nömrəli məktəbin şagirdlərinin birgə iştirakı ilə  Əziz Şuşa Sən Azadsan! Qarabağ Azərbaycandır! adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıldı. Tədbirdə Azərbaycan Dillər Universitetinin dosenti, p.f.d. Azərbaycan Fransız dili Müəllimlər Asssosiyasının prezidenti Gülbəniz Camalova, Əlavə təhsil və təcrübə dekanı Məmməd İsmayılov, Azərbaycan-Fransız İnstitutunun icraçı direktoru Conatan Ünlü və 46 nömrəli məktəbin direktoru Sevinc Budaqova iştirak etdi. Sevinc Budaqova çıxış edərək məktəbimizdə ikinci xarici dil kimi tədris olunan fransız dilinin əhəmiyyətindən, tədrisin keyfiyyətinin yüksəldilməsindən, Azərbaycan-Fransız İnstitutu ilə birgə fəaliyyətlərindən söhbət etdi, gələn qonaqlara dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi