MƏKTƏBDƏ ,,OXU GÜNÜ”

Təhsil Nazirinin əmrinə əsasən, aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə məktəbin akt zalında kütləvi “Oxu günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müəllim və şagirdlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşmə rəhbəri İradə Ağayeva açdı.

Tədbirdə məktəbin V-X sinif şagirdləri təqdimatlarla çıxış etdilər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olundu.

Məktəblilərinin iştirakı ilə keçirilən və rəngarəngliyi ilə diqqəti cəlb edən, Azərbaycanın klassik və müasir şair və yazıçılarının əsərlərindən ədəbi-bədii obrazlarla zəngin kompozisiyalar, mövzu ilə bağlı sərgilər, Vətəni, biliyi vəsf edən şeirlər və musiqi parçaları, sözsüz ki, kitaba olan sevgi və meyili artırmaqla yanaşı, mütaliə mədəniyyətinin formalaşmasına da töhfəsini verəcək. Sonda məktəbin direktoru S.B.Budaqova Azərbaycan dilinin zənginliyindən, mütaliənin günümüzün tələbi olduğunu və şagirdlərə daim mütaliə etməyi tövsiyə etdi. Çıxış edən şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi