İsrailin maliyə nazirinin xanımı Ella Liberman məktəbimizdə oldu

Aprelin 27-də İsrailin maliyə naziri Aviqdor Libermanın ölkəmizə işgüzar səfəri çərçivəsində xanımı Ella liberman məktəbimizlə tanış oldu. Qonaqları məktəbin direktoru Sevinc xanım Budaqova qarşıladı. Tədbirdə İsrailin Azərbaycandakı konsulunun müavini Sofiya Qrinberq, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbə müdir müavini Sevinc Qasımova iştirak edib.  Xanım Ella Liberman məktəbin ibri dili tədris olunan bölməsinin təhsil aldığı siniflərdə oldu. Müəllim  və şagirdlərlə söhbət apardı, şagirdlərin əl işləri ilə tanış oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi