"Yer bizim evimizdir"

Hər il aprel ayının 22-də Ümumdünya "Torpaq günü” kimi qeyd olunur. Dünyanın müxtəlif ölkələrində, müxtəlif səviyylərdə maraqlı tədbirlər keçirilir. Həmin tədbirlər öz rəngarəngliyi və mövzu əhatəsi ilə seçilir. 46 nömrəli tam orta məktəbdə biologiya müəllimi İradə Aslanovanın təşəbbüsü ilə 5-10-cu sinif şagirdləri arasında "Yer bizim evimizdir" mövzusunda məktəbin konfrans zalında dəyirmi masa keçirildi. Şagirdlər “Yer günü” ilə bağlı hazırladıqları təqdimatları nümayiş edib, planet və onun xüsusiyyətləri, eləcə də “Yer günü”nün tarixi ilə bağlı məlumatlar verib, rəsmlərini sərgiləyiblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi