"Uşaq hüquqları aylığı" çərçivəsində dəyirmi masa keçirilmişdir

Noyabr ayının 4-ü BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının İnsan hüquları üzrə Müvəkkilinin təşəbbüsü ilə məktəbimizdə dəyirmi masa keçirildi. Tədbirdə məktəbimizin müdriyyəti ilə yanaşı məktəbimizin şagirdləri, həmçinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları- Araz Bayramzadə, Nizami Əhmədov, Elxan Səlimov, Babək Tağızadə, Elşən Əliyev, Abbas İbrahimov, Xalidə Bayramova, Ətayə Mürsəlova, Azər Xanəliyev, Rasim Qafarov, Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları Səkinə Ağalarova və Kamran Mirzəzadə iştirak edirdi. Tədbiri məktəbimizin tarix müəllimi Sevinc Ağayeva açıq elan etdikdən sonra qonaqları bir-bir təqdim edərək çıxış üçün sözü onlara verdi. Daha sonra şagirdlərin öz hüquqları haqqında çıxışları dinlənildikdən sonra, videoslaydlar göstərildi, mövzu ətrafında hazırlanmış referatlar müzakirə olundu. Sonda məktəbin direktoru Sevinc Budaqova çıxış etdikdən sonra tədbir 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin əməkdaşı Nizami Əhmədovun çıxışı ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi