MƏZUN ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ GUŞƏNİN AÇILIŞI OLDU

Ikinci Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşaraq şəhid olan igid oğulların arasında məktəbimizin məzunu da var. Onun şanlı həyat yolunu şagirdlərə örnək olaraq tanıtmaq üçün məktəbin foyesində xatirə guşəsi yaradılmışdır. Guşədə nümayiş olunan stenddə II Qarabağ müharibəsi iştirakçısı şəhid, xüsusi təyinatlı qüvvələrin kapitanı Ceyhun Elşad oğlu Useynov haqqında məlumatlar və fotoşəkillər nümayiş olunub. Aprel ayının 7-də xatirə guşəsinin açılışı münasibətilə şəhid məzunun anası Kəmalə xanım məktəbə dəvət olundu. Məktəbin hərbi rəhbəri Vaqif Abbasov Şəhidin döyüş yolu haqqında məlumat verdi. Məktəbin direktoru S.B.Budaqova guşənin açılışında çıxış edərək şəhidlərin ruhuna dərin ehtiramını bildirdi və qeyd etdi ki, belə igid oğulların həyat yolu, yüksək Vətən sevgisi, böyüyən gənc nəsil üçün gözəl nümunədir. Görüşdə iştirak edən Şəhid anası xatirə guşəsinin təşkil olunmasını minnətdarlıqla qarşıladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi