APREL DÖYÜŞLƏRİ AZƏRBAYCAN ORDUSUNUN BÖYÜK QƏLƏBƏSİDİR

Bu gün məktəbdə şagirdlərə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması məqsədi ilə “Qələbəyə aparan yol" mövzusunda “Aprel döyüşləri”nə həsr edilmiş tədbir keçirildi. Tədbir 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda göstərdikləri qəhrəmanlıqlara həsr olunmuşdu. Tədbirdə məktəbin 3a, 3c, 3ç sinif şagirdlərinin həmin döyüş səhnələrini əks etdirən çıxışları, söylədikləri vətənpərvərlik ruhlu şeirləri müəllim və şagird kollektivi tərəfindən rəğbətlə qarşılandı. Aprel döyüşlərinə aid video görüntülər nümayiş etdirildi, həmin dövrdə ölkə prezidenti cənab İlham Əliyevin aprel döyüşlərini və Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsinin qələbəyə aparan yolun başlanğıcı olduğu fikri bir daha vurğulandı. Aprel döyüşləri zamanı Milli ordumuzun şəhid olan əsgər və zabitlərinin hər birinin foto şəkilləri nümayiş etdirildi və onların əziz xatirəsi hörmətlə yad edildi.