31 Mart soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir

"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib .Bununla əlaqədar olaraq məktəbdə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu gün məktəbdə 31 Mart soyqırım günü ilə əlaqədar tədbir keçirildi. İlk olaraq qətlə yetirilmiş günahsız insanların xatirəsi bir dəqiqə sükutla yad edildi. , 5a sinfinin sinif rəhbəri Ağayeva İradə tərəfindən şagirdlər soyqırımla bağlı məlumatlandırıldı. Mövzu ilə əlaqədar təqdimatlar nümayiş olundu. Şagirdlər öz təqdimatlarında bildirdi ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın,o cümlədən çoxlu sayda qoca,qadın və uşaqların öldürülməsi ilə nəticələnib. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermis ən faciəli hadisə və milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin dəhşətli səhifələrindəndir. Bundan əlavə  3A, 3C, 4B, 4Ç, 5D, 9Ç sinif .şagirdləri tərəfindən təqdimatlar hazırlamış, geniş video çarxlar nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi