Su həyatdır – onu qoruyaq!

29 mart 2022-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 22 mart – Ümumdünya su günü ilə bağlı “Su həyatdır – onu qoruyaq!” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masanın keçirilməsində məqsəd Yer kürəsində olan insanların, eləcə də bütün canlıların yaşaması üçün böyük əhəmiyyət daşıyan su haqqında ətraflı məlumat vermək və sudan israf etmədən, çirkləndirmədən istifadə etmək yolları haqqında uşaqları maarifləndirməkdir.

Dəyirmi masada “Ekoloji mədəniyyət”, “Ailə və ətraf mühit”, “Şahmat”,”Tarix-diyarşünaslıq”, “Gənc kimyaçılar”, “Təbiət bizim evimizdir” dərnəklərinin üzvləri su haqqında maraqlı və lazımlı faktlarla çıxış ediblər. Mövzu ətrafında şagirdlər, müəllimlər və tədbirin qonaqları müzakirələr aparaıblar və qarşılıqlı suallar əsasında daha çox məlumat əldə ediblər. Dəyirmi masada iştirak edən dərnək üzvlərinə Təbii Sərvətlər Nazirliyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hədiyyələr verilib.

Dəyirmi masada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarının İdarəolunması şöbəsinin sektor müdiri Fəridə Ələkbərova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, mərkəzin əməkdaşları və şagirdlər iştirak ediblər

Bizim məktəbin 5 şagirdi də dəyirmi masada iştirak edərək öz fikirlərini tədbirdə iştirak edənlərlə bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi