5A sinfi-Bahar gəlir, yaz gəlir

18 mart 2022-ci il tarixində məktəbimizin 5A sinfində sinif rəhbəri Azərbaycan dili və Ədəbiyyat müəllimi İradə Ağayevanın Novruz bayramına həsr olunmuş "Bahar gəlir,yaz gəlir" adlı "Çillələr"mövzusunda ədəbiyyat dərsi keçirilmişdir. 5a sinif şagirdlərinin milli bayramımıza aid hazırladıqları kompozisiyalar, mahnılar, söylədikləri hakıştalar, bayatılar və novruz oyunları hamıda çox gözəl təəssürat yaratmış, müəllimlər tərəfindən rəğbətlə qarşılanmışdır. Tədbir-dərsdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, məktəb psixoloqu Səbinə Qafarova, texnologiya müəllimi Nəzirə Zalova və valideynlər iştirak etmişdilər. Tədbirin sonunda İradə Ağayeva şagirdlərə dərsdə fəal iştiraklarına görə öz minnətdarlığını bildirmiş və fərqlənən şagirdləri fəxri fərmanlarla mükatlandırmışdır.