Şəhidin Ceyhun Useynov Elşad oğlunun ad günü qeyd edildi

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də məktəbimizin məzunu Ceyhun Useynovdur. 9 mart  2022-ci il tarixində Abşeron rayon sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Ceyhun Elşad oğlu Useynovun ad günüdür. Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin- 46 nömrəli məktəbin direktoru, direktor müavinləri və valideynləri şəhidin  evində oldular və məzarını ziyarət etdilər.
Məktəbimizin direktoru S.B.Budaqova vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdi.
  Şəhidin anası Kəmalə xanım bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ailəsi adından öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi