REPRODUKTİV SAĞLAMLIQ MƏSƏLƏLƏRİNƏ DAİR SEMİNAR KEÇİRİLDİ

 Bu gün məktəbdə "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində hazırlanan dərs və seminar təşkil olunmuşdu. Məktəbin konfrans zalında təşkil olunmuş seminarda VI və VII sinif şagirdləri məktəb psixoloqu və məktəbin tibb personalı da qatıldı. Seminarları məktəbin həkimi G.Quliyeva "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində tədris etdi. Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi