Məktəbdə idman həftəsi

28 fevral – 4 mart 2022-ci il tarixlərində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.
Məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir. 
Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, görüşlər, müsabiqələr, yarışlar, şagirdlərin mükafatlandırması və digər tədbirlər təşkil edilir.  
Bu da təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyə kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi