Xocalı soyqırımından 30 il ötdü

Bu gün məktəbin yəhudi bölməsinin  V – XI sinifləri Xocalı faciəsinin 30-cu il dönümünə həsr edilmiş tədbir keçirtmişdir.
Tədbirdə ilk növbədə Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra yəhudi bölməsinin  tarix müəlimi İradə Qəhrəmanova tərəfindən Xocalı faciəsi haqqında geniş məlumat verilib və qeyd edilib ki, Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verilib. Yanvarın 28-də Prezident cənab İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncam imzaladığı və Sərəncama uyğun olaraq tədbirlər planı hazırlandığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bir daha vurğulanıb ki, bu soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir və Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur, unutmayacaqdır.
 Tədbirdə şagirdlərin hazırladığı Xocalıya aid rəsmlər, referatlar və kiçik səhnəçik nümayiş olunmuşdur.
 Həmçinin məktəbdə “Xocalı soyqrımı”adlı rəsm sərgisi təşkil olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi