Uğurlu 5 il - Mehriban Əliyeva Birinci vitse-prezident

Fevral ayının 21-də Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasının 5 ili tamam olur.  
Bu münasibətlə məktətəbimizdə Nəsimi Rayon İcra Hakimiyyəti müavini Vəliyeva Gülarə, Nəsimi Rayon İcra Hakimiyyəti İctimai siyasi və humanitar məsələlər üzrə şöbə müdiri, 2-ci qrup Qarabağ qazisi Quliyev Ağaəli, Babayev Elnur, 3-cü qrup Qarabağ qazisi Salamov Fərid, Kaşiyev Fərid, İsmayılov Əkbər, Veteran Vəliyev Nurlan, Nəsimi Rayon İcra Hakimiyyətində “Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsi”nin müdiri 3-cü qrup Qarabağ müharibəsi əlili Quluzadə Kamal, Qarabağ müharibəsi ailələri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsi əməkdaşları, məktəbin müdriyyət heyətinin iştirakı ilə konfrans zalında tədbir keçirildi. 
5 il uzun zaman kəsiyi sayıla bilməz. Lakin bu dövrün reallıqları, şahidi olduğumuz hadisələr təsdiq edir ki, 2017-ci ilin fevralından ötən müddəti Mehriban Əliyevanın uğurlu hesabat dövrü kimi nəzərdən keçirmək üçün böyük əsaslar var.
Birinci vitse-prezidentlik dövlət idarəçiliyinin ali postlarından biridir. Ona görə bu vəzifədə təmsil olunacaq şəxsin də ali keyfiyyətlərə, xüsusi bacarıq və qabiliyyətə, o cümlədən yüksək milli-mənəvi dəyərlərə malik olması vacib tələblərdəndir. Ən əsası, bu vəzifəni daşıyan şəxsin vətəndaşların etimad göstərdiyi insan olması da mühüm meyardır. Bu baxımdan hələ Prezident İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident təyin olunana qədər Mehriban Əliyevanın həyata keçirdiyi çoxşaxəli fəaliyyət göstərirdi ki, qeyd edilən bütün yüksək və mənəvi keyfiyyətlərin hər biri Mehriban Əliyevanın şəxsiyyətində, xarakterində əksini tapıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi