Azərbaycan dili milli varlığımızdır

"21 fevral - Beynəlxalq Ana Dili Günü" 
Məktəbimizdə 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirilib.
Məktəbin konfrans zalında 4a sinfi və 7a, 10 a sinif şagirdləri "Mənim ana dilim-mənim kimliyim, pasportum, özümə öz hakimliyim", “Azərbaycan dili milli varlığımızdır” mövzularında ədəbi-bədii kompozisiya hazırlamışdır.
Tədbirlərdə şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin  xidmətləri xüsusilə vurğulanıb.
Şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, hazırladıqları referatları təqdim ediblər.
Qeyd edək ki,  tədbibirdə  məktəbin direktoru S.B.Budaqova çıxış edərək bildirdi ki, məqsədimiz Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir. Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəmalə Cəfərova, Arzu Zeynalova, İlhamə Paşayeva çıxış edərək öz ürək sözlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi