Ağacəkmə

Bu gün məktəbimizdə yəhudi xalqının qeyd etdiyi "Tu Bi Şvat" bayramına həsr edilən tədbir keçirilib. Tədbirdə meyvə ağacları əkilib, hansı ki, yeni nəslin artımı, xeyir-bərəkətin rəmzi sayılır. Tədbir məktəbimizin yəhudi əsilli şagirdlərinin bu tədbirə həsr olunmuş nəğmələrinin sədaları altında keçirilib. Məktəbin həyətində sülh və qardaşlıq rəmzi kimi meyvə ağaclarının əkilməsində dəvətli qonaqlar siyahısında İsrailin Azərbaycandakı səlahiyətli səfiri Corc Dik, səfirin birinci katibi Doron Peer, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbə müdir müavini Sevinc Qasımova, Bakı Beynəlxalq Multikulturalizim Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da iştirak edib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi