Azərbaycan xalqı 20 Yanvar faciəsini heç zaman unutmayacaq

Bu  gün məktəbimizdə  “20 yanvar” faciəsinin 32-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş "20 Yanvar faciəsinin otuz ikinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı"na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə çatdırılması məqsədlərinə xidmət edir.
Məktəbdə bütün siniflərdə ilk dərs 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr edilib. Dərslərdə ilk olaraq Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hər sinif otağında guşələr yaradılıb, sinif rəhbərləri, tarix və ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə sinifdaxili tədbirlər keçirilib. 
Məktəbimizdə yəhudi əsilli şagirdlərin dərs aldığı bölmədə də tarix müəllimi Qəhrəmanova İradənin təşəbbüsü ilə tədbir keçirilmiş, şagidlərə faciə barədə ətraflı məlumat verilmiş və Şəhidlərin xatirəsinə guşələr yaradılmışdır. 

Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub.

Bundan əlavə məktəbdə dəyirmi masa keçirilib. Şagirdlər 20 Yanvar faciəsininə həsr edilmiş şeirlər söyləmiş, rəsmlər nümayiş etdirmiş və təqdimatlar hazırlamışlar. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 10a və 9b sinif rəhbərləri və məktəbin şagirdləri faciənin səbəblərindən, Azərbaycan xalqının iradəsinin sarsılmazlığından danışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi