İlham Əliyev və qüdrətli Azərbaycan

 

 Bu gün məktəbimizdə müasir Azərbaycan tarixində İlham Əliyev və qudrətli Azərbaycan mövzusunda tədbir keçirildi. Tədbirdə  tərbiyə işləri üzrə direktor müavini A.Quliyeva, sinif rəhbərləri Abbasova Pərvin, Zalova Nəzirə, tarix müəllimi Ağayeva Yeganə və 10a, 9a, 9b, 7b, 6b sinif şagirdləri iştirak edirdi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini A.Quliyeva, 6b sinfinin sinif rəhbəri Zalova Nəzirə tarix müəllimi Ağayeva Yeganə çıxış edərək bildirdilər ki, bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Sonra şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi