Narkomaniya bəşəriyyətin bəlasıdır

10 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə məktəbdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirildi.

 Məktəbin direktoru Sevinc Budaqova  zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırdı. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova “Narkomaniya yox deyək!” mövzusunda geniş təqdimatla çıxış edərək iştirakçıları zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə məlumatlandırdı. Ü.Camalova narkomaniyaya qarşı mübarizə sahəsində İSİM tərəfindən keçirilən maarifləndirici tədbirlər və görülən işlər barədə danışaraq yeniyetmələrə müvafiq tövsiyələrini çatdırdı.

Nəsimi Rayon Polis İdarəsinin rəisi polkovnik-leytenant Mirbabayev Mirneymət Respublikamızda narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açdı, yeniyetmələri, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı.

Tədbirdə həmçinin “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx və şagirdlərin rəsm işlərindən ibarət sərgi nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi