“Xanuka”-“İşıq festivalı”

Bu günlərdə İsrail xalqı yəhudilərin "Makkavi" üsyanı rəvayəti ilə bağlı keçirilən "Xanuka"-"İşıq festivalı" bayramını qeyd edir.
 Məktəbimizin yəhudi bölməsi də bayram münasibəti ilə məktəbin konfrans zalında 29 noyabr tarixində ibtidai siniflər üçün bayram tədbiri təşkil etdilər. Tədbirdə İsrailin Azərbaycandakı səlahiyətli səfiri Corc Dik, səfirin birinci katibi Doron Peer, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbə müdir müavini Sevinc Qasımova iştirak etmişdir. Tədbirdə şagirdlər mahılar söylədi, rəqslər etdilər. Səfir çıxış edərək şagird və valideynləri, onların ailələrini bayram münasibəti ilə təbrik etdi. Məktəbin direktoru Sevinc Budaqova isə çıxışında Azərbaycan-İsrail dostluğuna toxunaraq, məktəbimizin tolerantlıq və milli kultiralizmin bariz nümunəsi olduğunu bir daha vurğulayaraq İsrail xalqını təbrik etdi. 
​"Xanuka-İşıq bayramı" münasibəti ilə dost, qardaş İsrail xalqını səmimi qəlbdən təbrik edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi