1 Dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü”

 

     Məktəbdə tərbiyə işləri üzrə direktor müavini A.Quliyevanın təşkilatçılığı  ilə 1 Dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr edilmiş tədbir keçirildi. Məqsəd sağlam həyat tərzinin təbliği və QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə şagirdləri məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir. Yeddi, doqquz və onuncu sinif şagirdlərindən ibarət “dəyirmi masa”da məktəbin biologiya müəllimi Aslanova İradə  və şagirdlər QİÇS xəstəliyi, bu xəstəliyin yaranma tarixi, xəstəliklə mübarizənin bütün bəşəriyyət üçün nə dərəcədə önəmli olmasından, sağlam həyat tərzindən bəhs edən maarifləndirici çıxışlar etdirdilər. Tədbirdə QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi