Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş konfrans keçirildi

 

 

 Noyabrın 26-da məktəbimizdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin(1821-1926) 200 illik yubileyinə həsr olunmuş konfrans keçirildi.

  Konfransı giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat metodbirləşmə sədri İradə Ağayeva açaraq tədbir iştirakçılarını salamladı. Bildirdi ki, Aşıq Ələsgər Göyçədə doğulmuş, ustad dərsi almış, sağlığında böyük nüfuz qazanmış qüdrətli sənətkardır. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir.

  Ədəbiyyat müəllimi Məmmədova Gülmirə çıxışında bildirdi ki, sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Ədəbiyyat müəllimi Fatma Quliyeva isə bildirdi ki, Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Sonra 9b sinif şagirdi Mehriban Məmmədova, 7b sinif şagirdləri çıxış etdilər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi