"Yol hərəkəti qaydalarını öyrənirik"

Məktəbimizdə yol hərəkətinin  təhlükəsizliyi aylığı çərçivəsində "Yol hərəkəti qaydalarını öyrənirik" adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.

Bu məqsədlə siniflərdə mövzuya həsr olunmuş dərslərin təşkili ilə yanaşı, həm də ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə guşə yaradılmışdır. "Yol hərəkətinin təhlükəsizliyi şagirdlərin gözü ilə" mövzusunda təşkil olunmuş guşə ilə tanışlıq zamanı məktəbin 4ç sinfinin sinif rəhbəri Nuridə muellimə və 3ç sinfinin sinif rəhbəri Nazilə müəllimə yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətini diqqətə çatdırdı. Onlar bu cür tədbirlərin yol qəzalarında uşaqların xəsarət almasının qarşısını alacağına əminliyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi