"XIX-XX əsrlərdə Azərbaycan şifahi xalq ədebiyyatının inkişafrnda Aşıq Ələsgərin rolu", "Aşıq Ələsgərin yetirmələri aşıq sənətinin inkişafına mühüm töhfə vermişdir" və s. movzularda "dəyirmi masanın kecirilməsi

“Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrası və məktəbin fəaliyyət planına əsasən silsilə tədbirlərimiz davam edir. Noyabr ayının 15-də məktəbin tərbiyə işləri üzrə direktor müavini A.Quliyeva, ədəbiyyat müəllimi Fatma Quliyeva və sinif rəhbəri Pərvin Abbasovanın təşkilatçılığı və  IX, X sinif şagirdlərinin iştirakı ilə ustad sənətkar Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş “XIX-XX əsrlərdə Azərbaycan şifahi xalq ədəbiyyatının inkişafında Aşıq Ələsgərin rolu” mövzusunda dəyirmi masa keçirildi.
  Çıxış edən şagirdlər bildirdilər ki, Azərbaycan aşıq və el ədəbiyyatının xüsusi inkişaf dövrləri XIX-XX əsrlər hesab olunur. Bu yüzilliklərdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının bu gün etnik azərbaycanlılardan təmizlənmiş böyük bir hissəsi) Dərələyəz mahalı da aşıqlar yurdu kimi tanınmışdır. Aşıq Cəlil, Aşıq Qəhrəman, Aşıq Paşa, Aşıq Fətulla, Aşıq Məhəmməd, Aşıq Bəhman kimi ustad aşıqlar, Aşıq Mehdi, Aşıq Rzaqulu kimi el şairləri yetirən mahalda saza- sözə, aşıq sənətinə xüsusi həvəs və hörmət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi