Nəsimi rayonu YAP-nın ərazi ilk partiya təşkilatının(A. Noruzbəyli adına 46 nömrəli tam orta məktəbi) hesabat iclası keçirilib

    Oktyabrın 27-də 46 nömrəli məktəbin YAP ərazi ilk təşkilatının  hesabat iclası keçirilib.

    Öncə  tədbir iştirakçıları YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.

    İclasın gündəliyi təsdiq edildikdən sonra, Nəsimi rayon təşkilatlarının sədri Azər Süleymanova söz verildi. Azər Süleymanov  öz çıxışında  bildirib ki, martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Azərbaycanın müstəqilliyi dövründə ilk qurultaydır ki, ərazi bütövlüyümüz tam təmin olunduğu vaxtda keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib. Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənildi.  YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Belə qərarlardan biri də partiyanın yeni nizamnaməsinin qəbul olunmasıdır. Yeni nizamnamədə partiyanın yerli təşkilatları haqqında da vacib məsələlər öz əksini tapır.

    Sonra Nəsimi rayonu 46 nömrəli məktəbin YAP təşkilatının sədri S.B.Budaqova hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, xalqımız hər zaman dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşib.Məhz Müzəffər  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun əzmi, güclü hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub .44 günlük müharibə ərəfəsində məktəbimizin YAP üzvlərindən olan müəllimlərin və valideynlərin köməyi əsasında bir neçə müharibədə iştirak edınlərin ailə üzvlərinə yardım (qida, uşaq yeməkləri,geyimləri) göndərilmiş və Şəhid ailələri ziyarət edilmişdir.

   Ötən dövr ərzindəYAP-ın üzvüləri məktəbin ictimai həyatında fəal iştirak edib, Prezident seçkilərində, Milli Məclis seçkilərində, Bələdiyyəseçkilərində,referendumda məktəbin ilk partiya təşkilatının üzvləri çox aktiv iştirak ediblər.Məktəbin ilk partiya təşkilatının üzvləri Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin daxili və xarici siyasətini həmişə dəstəkləmiş və dəstəkləyəcəkdir.

   İclasda ərazi ilk partiya təşkilatının VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti qənaətbəxş hesab edilmiş, S.B.Büdaqova ərazi ilk partiya təşkilatının sədri, A.Quliyeva sədr müavin ivə N.Zalova katib seçilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi