Pedaqoji şura keçirildi

       Sentyabrın 21-də məktəbin pedaqojı heyəti ilə 2021-2022-ci tədris ilinin ilk onlayn pedaqoji şurası keçirildi. Pedaqoji şurada   2020-2021-ci il tədris ilinin nəticələri və 2021-2022-ci il tədris ilində pedaqoji kollektivin qarşısında duran vəzifələr, əyani tədrisin təşkili və işçilərin vaksinasiyası, 2021-2022-ci il tədris ilində məktəbin fəaliyyət istiqamətləri vəməktəbin iş rejimi məsələləri haqqında məktəbin direktoru Sevinc Budaqova ətraflı çıxış etdi.Sevinc Budaqova çıxışında müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi növbəti tədris ilində prioritet istiqamətlərdən olacağını qeyd etdi..
     Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Gülnarə İsmayılova və Lalə Ələkbərova məktəbdaxili qiymətləndirmə barədə genişməlumat verdi.  Məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi kimi məsələlərdən danışdı.
    Sonda Sevinc Budaqova yeni tədris ilindən IX siniflərində "Zəfər tarixi"nin dərsdənkənar kurs olaraq tədris ediləcəyini  və bunun gənclərin vətənpərvərlik ruhunda yetişməsinə bir töhfə olacağını qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi