Məktəb rəhbərliyinin sinif rəhbərləri ilə görüşü keçirildi

Bu gün  sentyabrın 16-da  məktəb rəhbərliyinin  sinif rəhbərləri ilə 2021-2022-ci tədris ilinə hazırlıq proseslərinə həsr olunmuşiclası keçirilib. Ənənəvi tədrisin bərpası ilə bağlı məktəbdə görülən hazırlıq işlərindən söhbət açan direktor S.Budaqova tədrisin təşkilində sinif rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyindən danışıb.

Məktəbin əvvəlki iş ahənginə geri dönməsində, ənənəvi tədrisin bərpa edilməsində ən vacib prioritetlərindən birinin təhsil işçilərinin vaksinasiyası olduğunu bildirən S.Budaqova bu prosesə daha məsuliyyətlə yanaşmağı,

Koronavirusla əlaqədar sanitar-epidemioloji qaydalarına əməl etməyin vacibliyini qeyd edib. Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmələrini tövsiyə edib. Direktor əyani təhsilin tam və davamlı bərpasının, eyni zamanda birgə fəaliyyətdən, müəllim-valideyn əməkdaşlığından asılı olduğunu söyləyib.O, pandemiyanın geniş vüsət alması ilə bağlı şagirdlər və valideynlər arasında maarifləndirmə işlərinin daha da geniş formada aparılmasının vacibliyinə də toxunub

Təlim- tərbiyə işləri üzrə director müavini G.İsmayılova və L.ələkbərova tədris proqramı, jurnalların işlənməsi, Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə ilk dəfə "Zəfər tarixi"nin tədris ediləcəyindən, tərbiyə işləri üzrə director müavini A.Quliyeva tərbiyəvi işin təşkilindən danışdı

Sonda S.Budaqova sinif rəhbərlərinə gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışmalarını tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi