Məktəbimizə ağır itki

     Səhər aldığımız acı xəbər məktəbin kollektivini sarsıtdı, onların dərin kədərinə səbəb oldu. Bugün səhər saatlarında məktəbimizin ibtidai sinif müəllimi 1967-ci il təvəllüdlü olan Cəfərova Səadət Müseyib qızı vəfat etmişdir. 1990-cı ildən Ağabəy Novruzbəyli adına 46 nömrəli məktəbdə çalışan, kollektivlə münasibətdə səmimi olan, hər birimizin sevimlisi, gözəl qadın, qayğıkeş ana Səadət Cəfərovanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Məktəbin kollektivi adından ailə üzvlərinə, yaxınlarına baş sağlığı veririk, ALLAH RƏHMƏT ELƏSİN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi