"Hərbi Qənimətlər Park"ına ekskursiya

    Məktəbimizin müəllimləri A. Sevinc, U. Solmaz və təşkilatçı müavinA.Quliyevanın rəhbərliyi ilə yay məktəbində olan 7a,8a və 8b sinif şagirdlərinin "Hərbi Qənimətlər Park"ına ekskursiya təşkil olundu. Şagirdlər parkın ümumi ərazisini gəzib sərgilənən qənimətlərlə ( zirehli texnika, artilleriya silahları,qoşqular və.s) yaxından tanış oldular. Eyni zamanda tarix müəllimi S.Ağayeva 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında necə məğlub etməsi haqqında şagirdləri məlumatlandırdı və bildirdi ki, “Hərbi Qənimətlər Parkı” Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır. .Şagirdlər qürur və maraqla danışıqları dinlədilər və keçirilən ekskursiya onlarda vətənpərlik hissləri oyatdı. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi