"Yay məktəb"ində iştirak edən valideynlərlə görüş

      Bildiyiniz kimi, Təhsil Nazirliyi tərəfindən, şagirdlərin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək:

      Məktəbimizdə “Yay məktəbi” təşkil olunmuşdur. "Yay məktəbi"nə hazırlıq çərçivəsində müvafiq tədbirlər görülür. İyun ayının 14 –də məktəbin direktoru S,B,Budaqova "Yay məktəbi"nin validen və şagirdləri ilə onlayn görüş keçirmişdir. Görüşdə valideynlərə  “Yay məktəbi"   haqqında  məlumat verildi, bildirildi ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir."Yay məktəbi”ndə I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunacaq. “Yay məktəbi”ni maraqlı keçirmək üçün müvafiq tədbirlər, intellektual  oyunlar, idman yarışları  təşkil ediləcək. Görüşdə valideynləri maraqlandıran suallar ətraflı cavablandırıldı. Sonda valideynlər məktəb rəhbərliyinə öz  təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi