“Son zəng”

       Bu gün A. Novruzbəyli adına tam orta məktəbdə Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında, müəyyən edilmiş qaydalara əməl edilməklə “Son zəng” tədbiri keçirildi.

       Hər bir insanın həyatında bir ömür boyu unuda bilməyəcəyi, hər zaman sevinc göz yaşları ilə xatırlayacağı anlar olur. Bax belə anlardan biri də məktəb illəri zamanı yaşadığımız xoş xatirələr, heç zaman unutmadığımız məzun olduğumuz “Son Zəng” günüdür. “Son Zəng” hər kəsin yaddaşında müxtəlif izlər buraxıb. Bu gün-iyunun 14-də məktəbdə "Son Zəng" tədbiri keçirildi. 71 şagird məzun oldu. 
     Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı.  Məktəbin rəhbərliyi və XI siniflərin sinif rəhbərləri öz çıxışları ilə məzunları təbrik etdilər. 
Şagirdlərin ifasında müxtəlif rəqslər, şeirlər səsləndi. Səhnəyə 11“A”, 11“C”,11“Ç” siniflərinin məzunları çıxıb, oxuyub, oynayıb, şeirlər söylədilər. Xoş sözlər deyildi və nəhayət son zəng çalındı. 
     Sonra söz məktəbin direktoru Sevinc Budaqovaya verildi.O,  məktəbin nailiyyətlərindən ətraflı danışdıvə bildirdi ki. bu il bizim üçün çox əlamətdar bir il oldu,torpaqlarımız işğaldan azad olundu. Sevinc xanım məzunlarımızı həm zəfər ili, həm də məzun olmaqları  münasibəti ilə təbrik etdi. Məzunları və valideynləri övladlarının məktəbi bitirmələri münasibətilə təbrik etdi və 11-cilərin ali məktəblərə yüksək balla qəbul olmalarını arzuladı.
     Əziz məzunlarımız! Vətənə, millətə xeyirli övladlar olmanız arzusu ilə yolunuz açıq olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi