GÖRKƏMLİ ELM XADİMİ- PROFESSOR LÜTFİ ZADƏNİN 100 İLLİK YUBİLEYİ

Mayın 24-də 46 nömrəli tam orta məktəbin 5ç sinfində dünya şöhrətli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin ömürlük professoru, ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 100 illik yubileyi münasibətilə tədbiri keçirilib..

Riyaziyyat müəllimi Lamiyə Əfəndiyeva görkəmli alimin həyatı və elmi fəaliyyəti haqqında danışıb. O qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti haqqında məlumat verərək qeyd edib ki, ömrünün son illərinə qədər elmi fəaliyyətlə məşğul olan böyük alimin paralel olaraq 5 böyük nəzəriyyəsi daha var. Onun ideya, yenilik və nəzəriyyələri bəşəriyyətin inkişafına və rifah halının yüksəldilməsinə istiqamətlənib.

Sonra şagirdlər Lutfi Zadə haqqında məlumatlar verdilər, “Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin riyaziyyatda rolu” mövzusunda təqdimatlarla çıxışlar etdilər.

            Sonda Lamiyə Əfəndiyeva Lütfi Zadənin elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi misilsiz xidmətlərin ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyi və onun “Dostluq” ordeni ilə təltif edildiyini  qeyd etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi