Community.az portalı onlayn müsabiqələrin qaliblərini təltif edib.

Məktəb icmaları üçün “Kitab Kvest-i” və “Mənim vətənim-Azərbaycan” müsabiqələrinə yekun vurulub. Bu məqsədlə mayın 25-də Bakı şəhərindəki 18 nömrəli tam orta məktəbdə hər iki müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri, KİV nümayəndələri iştirak ediblər. Community.az portalı tərəfindən təşkil edilən “Kitab Kvest-i” müsabiqəsinin məqsədi şagirdlərin, müəllimlərin və valideynlərin ədəbiyyata olan marağını artırmaqdır. “Mənim vətənim-Azərbaycan” müsabiqəsinin qalibi adına saylı məktəbimizin riyaziyyat müəllimi Güllü Əhmədova layiq görülüb. Qaliblərə Fəxri Fərman və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi