18 May Beynəlxalq Muzeylər günüdür.

18 May Beynəlxalq Muzeylər günü münasibəti ilə məktəbimizin 6A sinif şagirdləri Azərbaycan şairi Səməd Vurğunun ev muzeyində olmuşlar. Muzeydə şairə və onun ailə üzvlərinə aid olan eksponatlar, şəxsi əşyalar, foto-şəkillərlə tanışlıq şagirdlərin böyük marağına səbəb oldu. Muzey bələdçisinin verdiyi ətraflı məlumat şagirdlərimizdə Səməd Vurğunun irsinə məhəbbəti bir daha artırdı. Azərbaycan-dili və Ədəbiyyat müəllimi İradə Ağayeva Səməd Vurğun yaradıcılığında Azərbaycan və vətənpərvərlik mövzusunda yazılmış əsərləri xüsusilə qeyd etdi və onların əhəmiyyətindən danışdı. Şagirdlər muzeydən böyük təəssüratla ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi