Aprel döyüşləri

    Nəsimi rayonu 46 nömrəli tam orta məktəbdə 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozaraq dinc əhalini intensiv atəşə tutulması və Azərbaycan Ordusunun gücü, qüdrəti, peşəkarlığı nəticəsində düşmən həmləsinin qarşısının alınmasına həsr olunan onlayn tədbirlər keçirildi.

    Tədbirdə şagirdlər hazırladıqları təqdimatlarda qeyd etdilər ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Son döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı qələbələrin başlanğıc nöqtəsi oldu.

   Bundan əlavə, tədbirlərdə  aprel döyüşləri zamanı Vətən yolunda qəhrəmancasına həlak olan şəhidlərimizdən bəhs edən videoçarx da nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi