31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

    31 mart 2021 -ci il tarixdə Nəsimi rayonu 46№-li tam orta məktəbdə 31 mart azərbaycanlıların  soyqırımı gününə həsr olunmuş xüsusi dərslər və geniş tədbir keçirilmişdir. Tədbirin məqsədi Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüzü nəticəsində törətdiyi cinayətləri gələcəyimiz olan şagirdlərə çatdırmaqdır.

   Əvvəlcə şagirdlər soyqırımı  qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Məktəbin ədəbiyyat müəllimi Nigar Atayeva 31 mart  azərbaycanlıların soyqırımı günü haqqında məlumat verdi. Şagirdlər 31 mart  azərbaycanlıların soyqırımı gününə həsr olunmuş təqdimatlarını nümayiş etdirildi. Tədbirin sonunda məktəbin təşkilatçı müavini A. Quliyeva  çıxış edərək soyqırım haqqında öz fikirlərini söylədi, şagirdləri tariximizi dərindən öyrənməyə, soyqırımı qurbanlarını unutmamağa çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi