46 nömrəli tam orta məktəbdə 1-ci Qarabağ veteranları və Vətən müharibəsi iştirakçısı validenlərlə görüş

18 mart 2021-ci il tarixdə 46 nömrəli tam orta məktəbdə 1-ci  Qarabağ veteranları və  Vətən müharibəsi iştirakçısı  validenlərlə görüş keçirilmişdir.
Görüşdə   I Qarabağ veteranları Poikovnik-leytenat Həşimov Mirağa, İbrahimov Famil,Əhmədov Əli, hərbiçi Əliyar Əsgərov çıxış edərək öz təsüratlarını bölüşdülər.Məktəbin direktoru Sevinc xanım tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs etdi. Bu  böyük qələbədə Ali Baş Komandan Cənab İlham Əliyevin və Rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd edib.  Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi hər zaman qəlbimizdə yaşadığını bildirdi.
Görüşdə direktor müavinləri, həmkarlar təşkilatının sədri, hərbi rəhbər və tarix metodbirləşmə səri çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımızın cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunduqlarını bildirdilər.


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi